Sağlamlıq
Şərq təcrübələri bədənə necə təsir edir?
Sağlamlıq
11

Şərq təcrübələri bədənə necə təsir edir? Mütəxəssis açıqlayıb

Peşəkar rəqs idmançısı Natalya Filimonova Şərq təcrübələrinin insan orqanizminə təsiri barədə danışıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, ənənəvi Şərq yanaşmaları bədən və ağıl arasında tarazlığın qorunmasına əsaslanır. Bu metodlar həm fiziki hərəkət qabiliyyətinin inkişafına, həm də daxili psixoloji sabitliyin güclənməsinə yönəlir.

Natalya Filimonova qeyd edir ki, bu təcrübələrin məqsədi təkcə əzələləri gücləndirmək deyil, həm də orqanizmin təbii bərpa mexanizmlərini aktivləşdirməkdir. Bu yanaşma xüsusilə hərəkət sistemi və emosional balansla bağlı problemlərdə dəstəkləyici rol oynaya bilər.

Mütəxəssis həmçinin bildirir ki, uşu kimi Şərq döyüş sənətləri xüsusi diqqətə layiqdir. Bu sahə sadə fiziki məşqdən daha geniş anlayışdır və həm bədən koordinasiyası, həm də zehni fokus üzərində işləyir.

Şərq təcrübələri nədir?

Şərq təcrübələri - yoqa, meditasiya, tai chi, qigong və uşu kimi bədən və zehni tarazlığa yönəlmiş ənənəvi məşq və nəfəs texnikalarıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun