Saç tökülməsi bir çox səbəbdən baş verə bilər, lakin tez-tez vitamin və mineral çatışmazlığı ilə əlaqələndirilir.
E-saglam.az xəbər verir ki, ən çox saç tökülməsi ilə bağlı olan vitamin və minerallar bunlardır:
D vitamini – Dəstəkləyici rol oynayır. Çatışmazlığı saç follikullarının zəifləməsinə səbəb ola bilər.
B7 vitamini (Biotin) – Saç və dırnaq sağlamlığı üçün çox vacibdir. Biotin azlığı saçların nazikləşməsi və tökülməsinə səbəb ola bilər.
Dəmir – Dəmir çatışmazlığı (xüsusilə qadınlarda) ən çox görülən saç tökülməsi səbəblərindən biridir.
Sink – Saç follikullarının funksiyası və böyüməsi üçün vacibdir.
A vitamini – Həddindən artıq qəbul da, azlığı da saç tökülməsinə yol aça bilər.
C vitamini – Dəmirin orqanizm tərəfindən mənimsənilməsinə kömək edir. Azlığı dolayı yolla saç tökülməsinə təsir edə bilər.
E vitamini – Saç dərisində qan dövranını yaxşılaşdırır və saçların sağlam uzanmasına kömək edir.
Əgər saç tökülməniz varsa, səbəbi düzgün müəyyən etmək üçün qan analizi vermək və həkimlə məsləhətləşmək tövsiyə olunur. Özbaşına vitamin istifadəsi isə əlavə problemlərə yol aça bilər.
Könül Oruc