Tibbi xəbərlər
Revmatizm hansı xəstəliklərlə qarışdırılır?
Tibbi xəbərlər
119

Revmatizm hansı xəstəliklərlə qarışdırılır? Həkimdən vacib izah

Revmatik xəstəliklər çox vaxt yalnız oynaq ağrısı ilə əlaqələndirilsə də, əslində bədənin bir çox orqan və sistemlərinə təsir edən geniş xəstəlik qrupudur.

E-saglam.az xəbər verir ki, bu səbəbdən də onlar tez-tez digər xəstəliklərlə qarışdırılır və diaqnoz gec qoyulur.

Revmatologiya üzrə mütəxəssis Ege Sinan Torun bildirir ki, revmatik xəstəliklər hər yaşda rast gəlinə bilər və diaqnozu ən çətin olan xəstəliklər sırasındadır. Onlar tez-tez bel və boyun disk yırtığı, infeksiyalar (məsələn, bruselyoz, hepatit), tiroid xəstəlikləri, diabet və hətta bəzi hallarda xərçənglə qarışdırıla bilər.

Qanda iltihab göstəricilərinin – xüsusilə CRP və ESR-in yüksək olması da bu xəstəliklərin əsas siqnallarından biridir. Lakin bu göstəricilər təkbaşına diaqnoz üçün kifayət deyil və digər səbəblər də istisna edilməlidir.

Revmatizmlə bağlı ağrılar adətən xüsusi xüsusiyyətlərə malik olur: istirahət zamanı artır, hərəkətlə azalır və şişkinlik, qızartı, oynaqlarda istilik artımı, həmçinin uzunmüddətli səhər sərtliyi ilə müşayiət olunur. Bu əlamətlər revmatoid artrit, ankilozlaşdırıcı spondilitpsoriatik artrit kimi xəstəliklərə işarə edə bilər.

Bundan əlavə, səbəbi bilinməyən qızdırma, çəki itkisi, halsızlıq və gecə tərləmələri də diqqətə alınmalıdır. Bu kimi hallarda Sistemli lupus eritematoz, Still xəstəliyi və vaskulit kimi ciddi revmatik xəstəliklərdən şübhələnmək olar.

Həkim vurğulayır ki, revmatik xəstəliklərin diaqnozu yalnız laborator analizlərlə qoyulmur. Şikayətlər, fiziki müayinə və görüntüləmə nəticələri birlikdə qiymətləndirilməlidir. Çünki bəzi hallarda, xüsusilə yaş artdıqca, sağlam insanlarda da bəzi testlər müsbət çıxa bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun