E-saglam.az tibbi marketinq sahəsində fəaliyyət göstərən Prmed Medical Marketing Agentliyinin həmtəsisçisi Fuad Məmmədovla rəqəmsal platformaların səhiyyədə rolu, mövcud stereotiplər və gələcək hədəflər barədə müsahibə hazırlayıb.
E-saglam.az müsahibəni sizlərə təqdim edir:
- Fuad bəy, xoş gördük. Gəlin elə ən başdan başlayaq. "Prmed" markası rəsmi olaraq 1 ildir fəaliyyətdədir. Bu qısa müddətdə 40-a yaxın mütəxəssislə işləmək ciddi göstəricidir. Bu uğurun təməlində nə dayanır?
- Xoş gördük. Bəli, Prmed olaraq rəsmi bir ildir fəaliyyətdəyik, lakin komandamız bu sahədə uzun müddətdir çalışmış peşəkarlardan ibarətdir. Biz bu adı bir ildə formalaşdırsaq da, kifayət qədər uğurlara imza atmışıq. Müxtəlif sahələrdən olan 40-a yaxın həkim və klinika ilə əməkdaşlıq etmək bizə və tərəfdaşlarımıza maraqlı təcrübələr qatdı. Hər bir müştərimizə keyfiyyətli xidmət təqdim etmək bizim prioritet məsələmizdir. Həmçinin hesab edirik ki, peşəkar həkimlərimizi cəmiyyətə doğru şəkildə təqdim etmək bizim ən mühüm öhdəliyimizdir.
- Həkimlər arasında "Yaxşı həkimin reklama ehtiyacı yoxdur" fikri hələ də çox yayğındır. Siz bu yanaşmaya necə cavab verirsiniz?
- Bu fikir bəzi təcrübəli həkimlər arasında hələ də populyarlığını qoruyur. Lakin dünya hər gün biraz daha rəqəmsallaşır və biz də bu sürətlə bu rəqəmsallaşma prosesi ilə hər sahədə ayaqlaşmalıyıq. Bu səbəbdən biz bu fikri çatdırmaq istəyirik ki, rəqəmsal marketinq sadəcə özünü reklam etmək deyil. Bir həkim kabinetində əyləşərək eyni anda minlərlə insana tövsiyə verə bilməz, həyatını xilas edə bilməz amma rəqəmsal vasitələrlə bunu edə bilər. Məsələn, Bakıda fəaliyyət göstərən təcrübəli bir həkim ucqar bölgədəki bir vətəndaşı vaxtında maarifləndirib, onun sağlamlıq probleminin fəsadlaşmasının qarşısını ala bilər. Həmçinin biz bu gün bilirik ki, artıq insanların bir çoxu süni intellekt modelləri ilə tanışdır, hansılar ki bəzən insanlar öz həyat tərzlərini, qidalanmasını bəzən hətta xəstəliklərinin simptomplarını belə bu modellərin verdiyi rəyə əsasən dəyərləndirirlər. Bu da hələ dünya üçün çox yeni olan süni intellektin tam olaraq hansı qaynaqlardan məlumat əldə etdiyini, məlumatı nəyə görə analiz etdiyini, doğrunu səhvi anlamadığını bilavasitə fəaliyyət prinsiplərinin nəyə dayandığını anlamır. Nəticədə, müalicəyə gec başlama riski yaranır ki, bu da fəsadlara yol aça bilər. Buna görə də doğru məlumatı ala biləcəyi etibarlı bir mənbə olmalıdır insanların. İnformasiya kirliliyinin önünə keçmək lazımdır bu da biizm peşəkar həkimlərimizin Sosial Məsuliyyəti məsələsidir deyə düşünürəm.

- Sosial mediada bəzən tibb etikasına sığmayan paylaşımlar görürük. Bu barədə nə düşünürsünüz?
- Tamamilə haqlısınız. Son illərdə sosial mediada "trend" xatirinə edilən bəzi paylaşımlar, həkim tanıtımları əslində aid olduğu peşənin məsuliyyətini dərk etmədən edilən ən yanlış reklam üsuludur. Məhz bu hadisələr bir çox peşəkar və savadlı həkimlərimizdə sosial medyanın təhlükəli olduğu və orada reklam olunmağın yaxşı nəticə verməyəcəyi barədə önyarğı yaradır. Biz isə deyirik ki, sosial media yalnız yanlış əllərdə təhlükəlidir. Peşəkarlarla çalışdıqda bu platforma sağlam bir cəmiyyətin yaradılması üçün mühüm bir alətə çevrilə bilər.
- Prmed olaraq gələcək vizyonunuz nədir?
Fuad Məmmədov: Biz bu sahəyə yenilik gətirmək istəyirik. Həmtəsisçimiz Nicat bəy və mənim önümüzdəki 5 illik hədəfimiz rəqəmsal marketinqin gücünü və doğru idarə edilmə qaydalarını bütün həkimlərimizə, hətta Tibb Universitetinin tələbə və məzunlarına yani fəaliyyətinə yenicə başlamış yaxud hələ təhsil almaqda olan həkimlərə çatdırmaqdır. Biz həkimlərimizin illərini verdiyi ağ xalatın şərəfinə və məsuliyyətinə hər zaman hörmətlə sarılırıq. Peşəkar həkimlərimizi xalqımızın hər bir təbəqəsi üçün əlçatan etmək və sağlam gələcəyə töhfə vermək bizim əsas yolumuzdur. Prmed olaraq biz gənc bir təşkilatıq amma hədəflərimiz böyükdür.
- Dəyərli fikirləriniz üçün təşəkkür edirik, Fuad bəy.
- Mən təşəkkür edirəm.