Qidalanma
Qida israfının qarşısını necə almaq olar?
Qidalanma

Qida israfının qarşısını necə almaq olar?

"Yeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz."

Qida israfı nədir?

E-saglam.az mövzu ilə bağlı qida eksperti Fərid Səfərovun yazısını təqdim edir: 

Düşünürəm ki, virusla mübarizə apardığımız bu dövrdə sağlam qidalanmağımızla yanaşı, həm də qidanın israfı məsələsinə maksimum diqqət ayırmağımız zəruridir.

Qida israfı bu gün dünyanın ən böyük qlobal problemlərindən birinə çevrilib. İnsanların və digər canlıların həyatını təhlükəyə atacaq ölçülərə çatan israf aclıq, quraqlıq, iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, heyvanların yox olması kimi böyük fəsadlara yol açır.

Bəs qida israfının qarşısını necə almaq olar? Bunun üçün ən sadə halda hər kəs öz süfrəsində israfa yol verməməlidir:

- istehlak edə biləcəyimiz qədər qida almalıyıq.

- yeyə biləcəyimiz qədər yemək bişirməliyik.

- aldığımız qidanı uyğun saxlama şəraitində və temperaturda saxlamalıyıq.

- bişmiş yeməkləri soyutmadan soyuducuya qoymamalıyıq.

- çörəyi dilimləyərək yeməliyik.

- istifadə etmədiyimiz qidaları ehtiyacı olanlara verməliyik.

- artıq qidaları konservləşdirə bilərik və ya dondurub saxlaya bilərik.

- ilk növbədə son istifadə müddətinə yaxın olan qidaları istehlak etməliyik.

- ilk növbədə xarab olma ehtimalı olan qidaları istehlak etməliyik.

Sadaladıqlarımı tətbiq etsək, düşünürəm ki, qida israfının qarşısını müəyyən qədər ala bilərik.

Könül Oruc

qida eksperti fərid səfərov

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun