Faydalı
Gündə neçə dəfə tualetə getmək normaldır?
Faydalı
102

Gündə neçə dəfə tualetə getmək normaldır? Həkim açıqladı

“SM-Clinic” qastroenteroloqu Evgeniya Melnikova bildirib ki, sağlam bir insan üçün nəcis tezliyi gündə iki dəfədən çox olmamalıdır, həftədə isə ən azı üç dəfə baş verməlidir. Əks halda, müxtəlif patologiyaların mövcudluğu ehtimalı yüksəkdir.

E-saglam.az xəbər verir ki, həkim qeyd edib ki, tualetə çox tez-tez getmək bağırsaq infeksiyası, iltihablı proseslər və ya həzm pozğunluqlarının əlaməti ola bilər. Bunun ən yayılmış səbəbi isə pankreas çatışmazlığıdır. Hər hansı anormallıq şübhəsi yaranarsa, nəcis laboratoriyada dəqiq analiz edilməlidir.

Əgər bir insan tualetə çox nadir gedirsə, nəcis sərt və ya azdırsa, sərt itələmə tələb olunursa və ya natamam bağırsaq boşalması hissi varsa, bu qəbizlik əlamətləri kimi qiymətləndirilir.

Melnikova qəbizliyin qarşısını almaq üçün aşağıdakıları tövsiyə edir:

  • Gündə 25–30 qram lif qəbul etmək;

  • Kifayət qədər su içmək (gündə 1,5–2 litr).

Həkim əlavə edib ki, bağırsağın funksiyası həm sinir sistemindən, həm də emosional vəziyyətdən təsirlənir. Stress, həddindən artıq iş və emosional yüklənmə bağırsaq hərəkətliliyinə mənfi təsir göstərə bilər.

Üzvi səbəblər isə bağırsaqdakı quruluş dəyişiklikləri ilə bağlı ola bilər: poliplər, divertikulalar, daralmalar və ya şişlər.

Melnikova vurğulayıb ki, ishal və ya qəbizlik baş verdikdə səbəbi müəyyən etmək vacibdir. Bu işdə qastroenteroloq kömək edə bilər və müəyyən edilmiş səbəb əsasında bağırsaq funksiyasının bərpası üçün tövsiyələr verəcək.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun