Qidalanma
Qəhvəyə əlavə etmək üçün ən faydalı
Qidalanma
218

Qəhvəyə əlavə etmək üçün ən faydalı 6 inqrediyent

Diyetoloq Saul Sanchez qəhvəyə əlavə olunan altı inqrediyentin onun faydalarını artırdığını bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssis "El Español" nəşrinə verdiyi müsahibədə bu qatqıların qəhvəni daha sağlam hala gətirdiyini vurğulayıb.

Sançez qeyd edib ki, qəhvəyə darçın əlavə etmək qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edə bilər. Süd və bal isə məşqdən sonra bədənin daha sürətli bərpa olunmasına dəstək verir.

Diyetoloq həmçinin immuniteti gücləndirmək üçün qəhvəyə zəncəfil əlavə etməyi məsləhət görüb. Onun fikrincə, qəhvəyə çuğundur tozu qatmaq qan təzyiqinin azalmasına kömək edir, kakao isə idrak qabiliyyətlərini yaxşılaşdırır.

Beləliklə, qəhvəyə əlavə edilən ən faydalı altı qatqı bunlardır: darçın, süd, bal, zəncəfil, çuğundur tozu və kakao.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun