Tibbi xəbərlər
Qaratoyuq xəstəliyi nədir və səbəbləri nələrdir?
Tibbi xəbərlər
145

Qaratoyuq xəstəliyi nədir və səbəbləri nələrdir? Ginekoloqdan izah

Qaratoyuq xəstəliyi kandida adlı göbələyin həddindən artıq çoxalması nəticəsində yaranan vaginal infeksiyadır. Əsasən qaşınma, yanma, ağ axıntı və narahatlıq hissi ilə özünü göstərir. İmmunitetin zəifləməsi, stress, antibiotik istifadəsi və hormonal dəyişikliklər bu xəstəliyin yaranmasına şərait yarada bilər.

E-saglam.az xəbər verir ki, ginekoloq Yekaterina Draqunova qaratoyuq xəstəliyinin beş gözlənilməz səbəbini açıqlayıb. 

Həkimin sözlərinə görə, qaratoyuq xəstəliyinin əsas səbəblərindən biri stressdir. Xroniki stress zamanı orqanizmdə stress hormonlarının səviyyəsi yüksəlir, bu isə immun sistemini zəiflədir və infeksiyaların yaranmasına əlverişli şərait yaradır. Bu vəziyyət maya infeksiyalarını aktivləşdirə bilər.

Digər mühüm səbəb dar və sintetik alt paltarlarının istifadəsidir. Ginekoloq bildirir ki, kandida göbələyi üçün ən uyğun mühit isti, rütubətli və havalanması zəif olan şəraitdir. Sintetik materiallar belə bir mühiti daha asan yaradır. Qaratoyuq riskini azaltmaq üçün pambıq alt paltarlarına üstünlük verilməsi tövsiyə olunur.

Draqunova həmçinin ətirli intim gigiyena vasitələrinin təhlükəsinə diqqət çəkib. Onun sözlərinə görə, bu məhsullar vaginal mühitin pH balansını poza və selikli qişanı qıcıqlandıra bilər ki, bu da infeksiyanın yaranmasına səbəb olur.

Bundan əlavə, antibiotiklərin həkim məsləhəti olmadan istifadəsi də faydalı bakteriyaların məhv olmasına və maya infeksiyalarının inkişafına şərait yaradır.

Həkim hormonal dəyişiklikləri də risk faktorları sırasında qeyd edib. Hamiləlik, menstrual dövrün müxtəlif mərhələləri və bəzi oral kontraseptivlər hormonal tarazlığı dəyişdirə və qaratoyuq xəstəliyinin yaranmasına səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun