Psixoloqlar səbəbin qlükoza səviyyəsində deyil, öz aclığının fərqində olduğunu aşkar ediblər. 90 iştirakçının iştirak etdiyi bir təcrübədə qlükoza monitorlarından və 0-dan 100-ə qədər şkala üzrə gündəlik əhval-ruhiyyə və aclıq reytinqlərindən istifadə edilib.
E-saglam.az-ın məlumatına görə, interosepsiya — bədənin daxili siqnallarını tanımaq qabiliyyəti — əsas rol oynayır. Yaxşı inkişaf etmiş interosepsiyaya malik insanlar əhval-ruhiyyə dəyişikliklərindən daha az əziyyət çəkirlər, baxmayaraq ki, onlar yenə də tez-tez aclıq hiss edirlər.
Hipotalamus enerji çatışmazlığını qeydə alır və beyin qabığı şüurlu bir aclıq hissi yaradır və bunu emosiyalarla əlaqələndirir. Həm uşaqlar, həm də böyüklər stressə xüsusilə həssasdırlar. Mütəmadi qidalanma cədvəli, fəaliyyət və bədən hisslərinə diqqət emosional tarazlığı qorumağa kömək edəcək.
Tərcümə: Könül Oruc