Faydalı
Portağal və ya mandarin deyil – bir ovucunda
Faydalı
143

Portağal və ya mandarin deyil – bir ovucunda 20 qat çox C vitamini var

Qış aylarında həm soyuq hava, həm də zəifləyən immun sistemimiz əlavə dəstəyə ehtiyac yaradır.

E-saglam.az xəbər verir ki, adətən portağal və mandarin C vitamini mənbəyi kimi tanınsa da, mütəxəssislər onların 20 dəfə “güclü” alternativini önə çəkir – itburnu.

Səkilərdə belə bitən və çox vaxt diqqətdən kənarda qalan itburnu əsl C vitamini anbarıdır. Çay formasında istehlak edildikdə immun sistemi gücləndirir, bədəni infeksiyalara qarşı daha davamlı edir və özünü yorğun hiss edənlər üçün təbii dəstək rolunu oynayır.

Mütəxəssislərin məlumatına görə, 100 qram portağalda 50 mq C vitamini olduğu halda, eyni miqdarda itburnu 500–1500 mq C vitamini ehtiva edir. Bu səbəbdən qışda boğazı sakitləşdirən, bədəni rahatladan və toksinlərin xaric olunmasına kömək edən təbii bir seçim kimi tövsiyə olunur.

İtburnu həmçinin ənənəvi Çin təbabətində də geniş istifadə edilir. Enerji səviyyəsini artırması, həzmi dəstəkləməsi, ishala qarşı təsiri və oynaq–əzələ yorğunluğunu azaltması ilə tanınır. Hər səhər şəkərsiz mürəbbə şəklində də qəbul oluna bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun