Qidalanma
Paxlalı qidalara bunu əlavə edin -
Qidalanma
136

Paxlalı qidalara bunu əlavə edin - qaz və şişkinlikdən əsər-əlamət qalmayacaq

Həkim Maria Munoz paxlalıların sağlam olmasına baxmayaraq, çox zaman qaz və şişkinlik yaratdığını bildirib.

E-saglam.az xəbər verir ki, İspaniyanın Vanitatis nəşrinə verdiyi müsahibədə o, bu narahatlığı azaltmağın dörd sadə üsulunu açıqlayıb.

1. Paxlalıları isladın

Şişkinliyə səbəb olan bəzi maddələri azaltmaq üçün lobyaları bişirməzdən əvvəl bir neçə saat suda islatmaq tövsiyə olunur.

2. Ədviyyat əlavə edin

Zirə, şüyüd, dəfnə yarpağı, zərdəçal və zəncəfil kimi ədviyyatlar həzmi asanlaşdırır və qazın qarşısını alır.

3. Püre halında yeyin

Lobya və digər paxlalıları püre şəklində yemək onların daha yaxşı həzm olunmasına kömək edir.

4. Kombu yosunu istifadə edin

Kombu adlı dəniz yosunu bişirilən paxlalı yeməklərə əlavə edildikdə qaz əmələ gəlməsini azaldır.

Dr. Munoz bu sadə üsulların şişkinlik problemini azaltmağa kömək edəcəyini bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun