Tibbi xəbərlər
Oynaqlarda xırıltı nə vaxt təhlükəlidir? -
Tibbi xəbərlər
22

Oynaqlarda xırıltı nə vaxt təhlükəlidir? - Travmatoloq açıqladı

Bir çox insan barmaqlarını, qollarını və ya ayaqlarını hərəkət etdirərkən oynaqlardan xırtıldama səsi eşidir.

E-saglam.az xəbər verir ki, travmatoloq və tibb elmləri doktoru Aleksey Oleynik bu səslərin hansı hallarda normal, hansı hallarda isə narahatedici ola biləcəyini izah edib.

Mütəxəssisin sözlərinə görə, əksər hallarda oynaqlardakı xırtıldama, yəni krepitus, təhlükəli deyil. Bu səs sinovial mayedə yaranan qaz qabarcıqlarının partlaması, vətərlərin sümük çıxıntıları ilə sürtünməsi və ya bağ aparatının anadangəlmə zəifliyi səbəbindən meydana gələ bilər.

Həkim qeyd edib ki, əgər xırtıldama ağrı, şişkinlik və ya oynaqda qeyri-sabitlik hissi ilə müşayiət olunmursa, narahatlığa səbəb yoxdur. Bu, sadəcə orqanizmin normal xüsusiyyətlərindən biri hesab olunur.

Oleynik vurğulayıb ki, xırtıldamanın təhlükəli ola biləcəyini göstərən əsas əlamət ağrıdır. Oynaq hərəkəti zamanı hətta zəif də olsa ağrı hiss olunursa, bu vəziyyət diqqətlə araşdırılmalıdır.

Mütəxəssis əlavə edib ki, səsin növü də müəyyən problemlərə işarə edə bilər. Məsələn, xırıltı və ya sürtünmə səsi çox vaxt osteoartrit zamanı oynaq səthlərinin bir-birinə sürtünməsi ilə bağlı olur. Daha kəskin və aydın “çırtlama” səsi isə bəzən bağların və ya vətərlərin yer dəyişməsi ilə əlaqəli ola bilər. Buna görə də belə hallarda mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun