Tibbi xəbərlər
Niyə qadınlar və kişilər xəstəliyi
Tibbi xəbərlər

Niyə qadınlar və kişilər xəstəliyi fərqli keçirirlər?

Qadınlar və kişilər eyni xəstəliyi keçirsələr də, reaksiyaları fərqli ola bilər.

E-saglam.az xəbər verir ki, bu fərqlər təkcə bioloji deyil, həm də psixoloji və sosial amillərlə bağlıdır.

Qadınlar dözümlü olmağa alışdırılır
Qadınlar daha mürəkkəb immun sisteminə sahib olduqları üçün xəstəliklərə fərqli reaksiya verə bilərlər. Uşaqlıqdan dözümlü olmağa təşviq edilir və cəmiyyətdəki rollarını davam etdirmək gözlənilir.

Kişilər basdırılmış emosiyalarını xəstəlik zamanı ifadə edirlər
Kişilər emosiyalarını boğmağa alışdırılsalar da, xəstəlik zamanı diqqət və qayğı görmək istəyirlər. Bu, onların xəstəlik prosesində daha kövrək görünməsinə səbəb ola bilər.

Qadınlar öz sağlamlıqlarını ikinci plana atırlar
Ənənəvi olaraq ailə baxıcısı rolunu üstlənən qadınlar öz sağlamlıqlarına laqeyd yanaşa bilirlər. Bu, uzun müddətdə psixoloji problemlərə yol aça bilər.

Sosial rollar qadınları güclü görünməyə məcbur edir
Qadınlar xəstə olsalar da, gündəlik vəzifələrini yerinə yetirməyə çalışırlar. Bu, onların sosial məsuliyyətləri ilə bağlıdır və nəticədə sağlamlıqlarına mənfi təsir göstərə bilər.

Xəstəlik prosesində kişi və qadınların fərqli reaksiyalar verməsi bioloji, psixoloji və mədəni amillərlə bağlıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun