Mütəxəssislər xəbərdarlıq edir ki, bel dairəsinin ölçüsü qadınlarda 88 sm, kişilərdə isə 102 sm-i keçdikdə daxili orqanların, xüsusilə də qaraciyərin yağlanma riski artır.
E-saglam.az xəbər verir ki, diyetoloqlar bunu sağlamlıq üçün ciddi təhlükə kimi dəyərləndirir.
Qarın bölgəsindəki artıq yağlar əsasən visseral – yəni orqanlar ətrafında toplanan yağlardır. Bu tip yağlanma ürək-damar xəstəlikləri, qaraciyər piylənməsi və metabolik sindrom riskini yüksəldir. Mütəxəssislər ideal bel-çəkinin nisbətini qadınlarda 0.75–0.85 arasında saxlamağı tövsiyə edirlər.
Yanlış qidalanma vərdişləri, xüsusilə gün ərzində az kalori alıb axşam saatlarında fast food və ağır yeməklərlə bunu kompensasiya etmək bel bölgəsində yağlanmanı sürətləndirir. Eyni zamanda, doymuş yağların – məsələn, kərə yağı, quyruq yağı kimi məhsulların həddindən artıq qəbulu da bu prosesi gücləndirir.
Sağlam hesab edilən qidalar – tahin, bəkməz, bal kimi məhsullar da porsiya nəzarəti olmadan çox qəbul edilərsə, arıqlamaq əvəzinə çəki artımına səbəb ola bilər. Məsələn, 100 qram tahin 583 kilokalori ehtiva edir.
Mütəxəssislər meyvə istehlakını günorta saatlarında etməyi, axşam isə yüngül və balanslı qidalanmanı tövsiyə edirlər. Qoz, badam və fındıq kimi sağlam yağ mənbələri də düzgün miqdarda qəbul edildikdə bel ölçüsünü nəzarətdə saxlamağa kömək edir.
Tərcümə: Könül Oruc