Tibbi xəbərlər
Tibb dünyasında inqilab astanasında:
Tibbi xəbərlər
232

Tibb dünyasında inqilab astanasında: Əziz Sancar beyin xərçəngini dayandırmaq üzrədir

Nobel mükafatı laureatı, biokimyaçı Professor Dr. Əziz Sancar və komandası beyin xərçəngi, xüsusilə qlioblastoma şişlərinin müalicəsində yeni inqilabi nəticələr əldə edib.

E-saglam.az xəbər verir ki, siçanlar üzərində aparılan təcrübələrdə şişlər tamamilə aradan qaldırılıb və sağlam beyin toxumasına ziyan dəymədiyi müşahidə olunub. İnsanlar üzərində sınaqlar üçün icazə prosesinin artıq başladığı bildirilib.

Sancarın dostu Orhan Bursalı “Cumhuriyet” qəzetinə açıqlamasında deyib ki, EdU adlı molekul, standart kimyaterapiya dərmanı Temozolomide (TMZ) ilə birləşdirilərək siçanlarda tətbiq edilib və şişlər uğurla məhv edilib. Nəticələr Amerika Elmlər Akademiyasının jurnalı "PNAS"da dərc olunub.

Türk biokimyaçısı Əziz Sancar 2015-ci ildə kimya üzrə Nobel mükafatını qazanaraq Nobel laureatı olan ilk türk alimi kimi tarixə düşüb. Onun tədqiqatları, DNT-nin bərpası və genetik məlumatların qorunması, xərçəng müalicəsindən bioloji saatın tənzimlənməsinə qədər tibb dünyasında bir çox sahəyə çığır açıb.

Sancar mükafatını Anıtkabirə hədiyyə edərək bunu “məni bu nöqtəyə gətirən Respublika təhsilinə borc” adlandırıb. Onun uğuru həm beynəlxalq elmi ictimaiyyət, həm də Türkiyədə gələcək nəsillər üçün ilham mənbəyinə çevrilib.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun