Qidalanma
Keçmək bilməyən bədən ağrılarının səbəbi imiş -
Qidalanma
267

Keçmək bilməyən bədən ağrılarının səbəbi imiş - Zövqlə içilir, amma bir zərəri var

Qəhvə dünyada ən çox istehlak edilən içkilərdən biri olsa da, son araşdırmalar onun həddindən artıq istifadəsinin bəzi mənfi təsirlərini üzə çıxarıb.

E-saglam.az xəbər verir ki, Polşada aparılan yeni tədqiqat qəhvənin xüsusilə yaşlı insanlarda xroniki bədən ağrılarını artıra biləcəyini göstərib.

"The Independent" qəzetinin yaydığı xəbərə görə, Nikolay Kopernik Universitetinin alimləri 60–88 yaş arası 205 sağlam şəxsin qəhvə və balıq istehlakı ilə ağrı səviyyəsi arasındakı əlaqəni iki il ərzində araşdırıblar. İştirakçılardan qəhvə və balıq istehlaklarını, həmçinin ağrı intensivliyini 10 ballıq şkala üzrə qiymətləndirmələri istənilib.

Araşdırmanın nəticələrinə əsasən, qəhvə istehlakını artıran şəxslərdə xroniki ağrı səviyyəsi orta hesabla 6,56 bal yüksəlib. Yağlı balıq istehlakını artıranlarda isə ağrı intensivliyində 4,45 bal azalma müşahidə olunub. Bu da qidalanma vərdişlərinin ağrı üzərində mühüm rol oynaya biləcəyini göstərir.

Alimlər nəticələrin diqqətlə qiymətləndirilməli olduğunu və qəhvə ilə xroniki ağrı arasındakı əlaqəni tam təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac duyulduğunu bildiriblər.

Mütəxəssislər qeyd edirlər ki, qəhvə düzgün miqdarda qəbul edildikdə bəzi faydalar verə bilər. Kofein mərkəzi sinir sistemini stimullaşdırır, diqqəti artırır, yorğunluğu azaldır və maddələr mübadiləsini sürətləndirə bilər. Antioksidantlarla zəngin olması da qəhvənin müsbət cəhətləri sırasındadır.

Lakin həddindən artıq qəhvə istehlakı ürək döyüntüsü, yüksək qan təzyiqi, yuxusuzluq, əsəbilik, baş ağrıları və kofein asılılığı kimi problemlərə səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəliyi olan şəxslərə və yaşlılara qəhvəni ölçülü şəkildə istehlak etmək tövsiyə olunur.

Mütəxəssislər sağlamlıq üçün balanslı qidalanmanın və gündəlik qəhvə miqdarının nəzarətdə saxlanılmasının vacib olduğunu vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun