Qidalanma
Bakıda satılan "monqol əti" təhlükəsizdir? -
Qidalanma
125

Bakıda satılan "monqol əti" təhlükəsizdir? - RƏSMİ AÇIQLAMA

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o cümlədən Monqolustandan gətirilən ətlərin keyfiyyət və təhlükəsizliyinə ciddi nəzarət olunur".

E-saglam.az xəbər verir ki, bu barədə Agentlikdən Modern.az-a verilən cavabda bildirilib.

Qeyd edilib ki, idxal prosesində müfəttişlərin ətlərə nəzarət proseduru ictimaiyyət üçün açıqdır.

Agentlikdən verilən məlumata görə, ətlərin dövriyyəsi zamanı, yəni daşınması, satışı zamanı da normativ tələblərə əməl edilməlidir, sahibkar buna görə məsuliyyət daşıyır və pozuntu aşkarlandığı halda qanuni tədbir görülür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında deyib ki, Azərbaycanda artıq bir ildən çoxdur ki, ət defisiti müşahidə olunur.

"Bu səbəbdən bazarı ətlə təmin etmək üçün müxtəlif ölkələrdən, o cümlədən Monqolustandan ət idxal edilir. Bu ətlər dondurulmuş şəkildə gətirilir, lakin neçə il ərzində dondurulmuş vəziyyətdə saxlanılması barədə dəqiq məlumat yoxdur.

Azərbaycan vətəndaşları ümumiyyətlə dondurulmuş ətlərə üstünlük vermədikləri üçün bu ətlər bazara nisbətən ucuz qiymətə çıxarılır. Buna baxmayaraq, həmin ətlər normaldır, bütün tələblərə cavab verir, təhlükəsizdir və müvafiq təminata malikdir".

E.Hüseynov həmçinin vurğulayıb ki, Monqolustandan gətirilən ətlər dad baxımından yerli ətlərlə müqayisədə geri qalır:

"İnsanların damaq dadı yerli ətlərə öyrəşdiyindən, Monqolustandan gətirilən ətlər ağızda dadsızlıq hissi yaradır. Lakin buna baxmayaraq, bu ətlər normal qida məhsuludur və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tam nəzarətdə saxlanılır".

Qeyd edək ki, ölkəmizə Monqolustandan dondurulmuş qoyun əti idxalı həyata keçirilir. Bu ətin kiloqramı 12-14 manata təklif olunur.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun