Kalsium dedikdə bir çox insanın ağlına ilk olaraq inək südü gəlir.
E-saglam.az xəbər verir ki, ancaq elmi araşdırmalar göstərir ki, küncüt südü ənənəvi inək südündən təxminən 7 faiz daha çox kalsium ehtiva edir və güclü alternativ kimi ön plana çıxır.
Mütəxəssislərin fikrincə, küncüt südü xüsusilə veqanlar və laktoza dözümsüzlüyü olanlar üçün uyğun seçimdir. Kalsium bədəndə sümüklərin və dişlərin möhkəmliyi, əzələlərin normal fəaliyyəti və qan laxtalanması üçün vacib mineral sayılır. Onun çatışmazlığı isə sümük itkisi, diş problemləri və əzələ kramplarına səbəb ola bilər.
Qidalanma üzrə beynəlxalq qurumlar küncüt toxumlarının zəngin tərkibini vurğulayır. Küncüt südü yalnız kalsiumla deyil, maqnezium, Omeqa-3 yağ turşuları, B qrup vitaminləri və E vitamini ilə də seçilir. Bu tərkib ürək sağlamlığını dəstəkləyir, həzmi yaxşılaşdırır və ümumi enerji səviyyəsini artırır.
Mütəxəssislər hazır məhsullar əvəzinə küncüt südünü evdə hazırlamağın həm daha qənaətcil, həm də daha sağlam olduğunu bildirirlər. Düzgün saxlanıldıqda bu içki bir neçə gün təzə qalır və gündəlik qidalanmada rahatlıqla istifadə oluna bilər.
Tərcümə: Könül Oruc