Respublika üzrə təqaüdçülər, yaşa və əlilliyə görə pensiya alanlar, qazilər, veteranlar, şəhid ailələri və ailə başçısını itirməyə görə sosial müavinat alan şəxslər üçün yeni güzəştlər tətbiq olunur.
E-saglam.az xəbər verir ki, artıq seçilmiş marketlər, apteklər və klinikalarda 40%-dək endirimlər mövcuddur.
Endirimlərdən yararlanmaq üçün şəxslər telefonlarına e-Sosial mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan sonra tətbiqdə şəxsin fərdi barkodu yaranır və kassada ödənişdən əvvəl kassirə təqdim etməklə endirim əldə etmək mümkündür.
“Sosial tərəfdaş” Layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə həyata keçirilir və məqsəd sosial ödəniş alan şəxslərin rifahını yaxşılaşdırmaq, gündəlik xərclərini azaltmaqdır.
Əlavə məlumat və iştirakçı müəssisələrin siyahısı üçün keçid linki: https://sosialterefdash.az/