Sağlamlıq
Tünd çayın zərərləri:
Sağlamlıq
151

Tünd çayın zərərləri: kimlər ehtiyatlı olmalıdır?

Qastroenteroloq Yekaterina Kaşux xəbərdarlıq edib ki, tünd çay bəzi hallarda bədənə zərərli ola bilər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, çay insanın əsas maye mənbəyinə çevrildikdə təhlükəli ola bilər. Kaşux aydınlaşdırdı ki, xüsusilə də insan acqarına tünd çay dəmləyib içdikdə bu, zərərlidir.

"Tünd çayda daha yüksək konsentrasiyalı taninlər var - xlorid turşusunun ifrazını stimullaşdırarkən mədə-bağırsaq hərəkətliliyini bir qədər yavaşlada bilən təbii birləşmələr", - deyə həkim izah etdi.

Qastroenteroloq aydınlaşdırdı ki, bu səbəbdən tünd çay eroziv və xoralı kolitli insanlarda vəziyyəti daha da ağırlaşdıra bilər.

Həkim əlavə etdi ki, tünd çay qidadan dəmirin sorulmasını da poza bilər. Kaşux məsləhət gördü ki, dəmir çatışmazlığı anemiyası olan insanlar çay istehlakını məhdudlaşdırmalı və ya heç olmasa yeməkdən dərhal sonra içməkdən çəkinməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun