İsmayıllı Rayon Mərkəzi Xəstəxanası vakansiya elan edib.
E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları sizə təqdim edir:
Şöbə: Əməliyyatxana bölməsi
Vəzifə: Bölmə müdiri
İxtisas: uyğun tibbi ixtisas üzrə ali təhsil və sertifikasiya
Vəzifə öhdəlikləri:
Bölmə müdiri əməliyyatxana bölməsinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, bölmənin funksiya və vəzifələrinin icrasını təmin edir. Müasir tibb elminin nailiyyətlərinə əsaslanaraq yeni profilaktika, diaqnostika və müalicə metodlarının, eləcə də qabaqcıl təcrübənin tətbiqinə nəzarət edir. Müalicə-diaqnostika prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün təşkilati işləri təkmilləşdirir.
Tibb heyətinin və pasiyentlərin təhlükəsizliyinin təmin olunması, infeksiyaların qarşısının alınması məqsədilə sanitar-gigiyenik və əksepidemik tədbirlərin icrasına nəzarət edir. Əhalinin sanitar maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsini təşkil edir. Şöbənin fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində düzgün yerləşdirilməsini və ixtisaslarına uyğun istifadəsini təmin edir.
Səhiyyə müəssisəsinin digər struktur bölmələri ilə qarşılıqlı əlaqəni koordinasiya edir. Şöbənin həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, diaqnozların düzgünlüyünə və aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarət edir. Növbətçilik cədvəllərinin hazırlanmasında aidiyyəti üzrə iştirak edir.
Əmək qanunvericiliyinə və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin edir, işçilər tərəfindən vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinə nəzarət edir. Bölmənin iş planını hazırlayır və icrasını təmin edir. Rüblük, yarımillik və illik fəaliyyətin təhlilini aparır və müəyyən olunmuş qaydada hesabat təqdim edir.
Tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarət edir, şöbə əməkdaşlarının peşə hazırlığının artırılması üçün şərait yaradır. Qanunvericiliklə müəyyən edilmiş müddətlərdə ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz peşə biliklərini artırır və sertifikasiyadan keçir.
Əmək haqqı:
Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına uyğun olaraq tənzimlənir.