Cari ilin yanvar-noyabr aylarında 13 milyon 983,7 min manat dəyərində dərmanlar istehsal olunub.
E-saglam.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dərman istehsalında 5 milyon 266,6 min manat dəyərində və ya 60,40% artım olub.
Xatırladaq ki, 2024-cü ilin sözügedən dövründə dərman istehsalı 8 milyon 717,1 min manatlıq olub.
Qeyd edək ki, cari ilin dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 519,6 min manat təşkil edib.
Valyuta.az