Azərbaycanda yuxu pozğunluqlarının diaqnostikasında yeni mərhələ başladı. Məlhəm Beynəlxalq Hospital-da yaradılan Yuxu Laboratoriyası, son nəsil polisonoqrafiya cihazı ilə yuxu zamanı beynin, ürəyin və tənəffüsün fəaliyyətini eyni anda izləməyə imkan verir.
E-saglam.az xəbər verir ki, laboratoriyanın rəhbəri Uzm. Dr. Könül Məmmədova bildirib ki, bu cihaz sayəsində yuxu apnesi, xoruldama, yuxusuzluq və digər pozğunluqlar erkən mərhələdə aşkarlanır:
“Pasiyentlər yuxuya gedərkən biz onların beyin dalğalarını, nəfəs almasını və ürək ritmini izləyirik. Prosedur tam təhlükəsiz və ağrısızdır. Əldə etdiyimiz nəticələr əsasında dəqiq diaqnoz və fərdi müalicə planı hazırlanır”.
Uzm. Dr. Könül Məmmədova əlavə edib ki, bir çox insanlar gündəlik yorğunluğun və diqqət çatışmazlığının səbəbini yuxu keyfiyyətində axtarmır:
“Yuxu pozğunluğu bəzən ciddi nevroloji və ürək-damar xəstəliklərinin səbəbi ola bilər. Erkən diaqnoz bu risklərin qarşısını almağa kömək edir”.
Məlhəm Beynəlxalq Hospital-da yaradılan müasir şərait sayəsində pasiyentlər artıq yuxu müayinəsi üçün xaricə getməyə ehtiyac duymur.
Xəstəxana bu istiqamətdə beynəlxalq standartlara cavab verən avadanlıqlar və peşəkar tibbi heyəti ilə Azərbaycanda yuxu tibbinin aparıcı mərkəzinə çevrilib.
Məlhəm Beynəlxalq Hospital ilə əlaqə:
Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan