Sağlamlıq
Həkim qaynar içki həvəskarlarına
Sağlamlıq
14

Həkim qaynar içki həvəskarlarına xəbərdarlıq edilib

Qastroenteroloq Sergey Vyalov isti içki içənlərin xərçəng xəstəliyinə tutulma riskinin artdığını bildirib.

E-saglam.az xəbər verir ki, o, bu təhlükəli xəstəliklə bağlı telegram kanalında xəbərdarlıq paylaşıb.

Vyalov izah edib ki, isti içkilər ağızda və qida borusu hüceyrələrinin ölümünə səbəb olur. O əlavə etdi ki, bu, selikli qişanın yanmasına və iltihaba səbəb ola bilər. Buna görə də, isti içkilərin tez-tez qəbul edilməsi xərçəngin inkişaf riskini artırır.

Həkim yazıb ki, qaynar su içməkdən çəkinmək xüsusilə vacibdir, çünki bu su qida borusunun zərif toxumalarına dərhal zərər verir.

Sonda Vyalov əlavə edib ki, içkilərin temperaturu 65°C-dən çox olarsa, onlar isti hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun