Ev təmizliyi zamanı ağardıcı və xlorid turşusunu bir yerdə istifadə etmək həyati təhlükə yarada bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu iki kimyəvi maddə qarışdırıldıqda xlor qazı əmələ gəlir. Qapalı və zəif havalandırılan mühitdə bu qazın tənəffüs edilməsi qəfil nəfəs darlığı, xırıltılı tənəffüs, şiddətli öskürək, burun tıxanıqlığı və hətta ölümlə nəticələnə bilər.
Həkimlər vurğulayır ki, ağardıcı və xlorid turşusu ayrı-ayrılıqda istifadə edildikdə belə təhlükə yaratmır. Əsas risk yalnız bu maddələrin birlikdə istifadəsindən əmələ gələn zəhərli qazdan irəli gəlir.
Daha təhlükəsiz təmizlik üçün mütəxəssislər Kaliforniya sabunu, təbii sabun və ağ sirkə kimi alternativ məhsulların seçilməsini tövsiyə edirlər. Bu üsullar həm təmizlik baxımından effektivdir, həm də tənəffüs sağlamlığını qoruyur.
Tərcümə: Könül Oruc