Tibbi xəbərlər
Mütəxəssis qışda səhərlər idman etməyin
Tibbi xəbərlər
171

Mütəxəssis qışda səhərlər idman etməyin əhəmiyyətini açıqladı

Səhərlər idman etmək, soyuq mövsümdə sağlamlığın qorunmasının açarıdır.

E-saglam.az xəbər verir ki, "Tibb" ASC-nin reabilitasiya tibb şöbəsinin baş təlimatçısı və metodisti Kirill Antonov qışda səhərlər idman etməyin nə üçün vacib olduğunu izah etdi. Onun sözlərinə görə, bu dövrdə ümumi fiziki aktivlik azalır, maddələr mübadiləsi ləngiyir, immun sistemi zəifləyir:

"Daimi səhər idmanı qan dövranını stimullaşdırır, maddələr mübadiləsini artırır və gecə istirahətindən sonra orqanizmi hərəkətə gətirir. Səhər idmanı qışda daha təsirli olur,  orqanizm termorequlyasiyaya daha çox enerji sərf edir, bu da metabolik reaksiyanı gücləndirir. Yaydan fərqli olaraq, əzələlərin və oynaqların istiləşməsi qışda sərtlik və zədələnməmək üçün xüsusilə vacibdir.

Qısa bir isinmə həqiqətən enerji və performansı artırır: simpatik sinir sistemini aktivləşdirir, beynə oksigen axını artırır və endorfinlərin istehsalı ilə əhval-ruhiyyəni yaxşılaşdırır. Daimi məşq limfa dövranını stimullaşdırır, tənəffüs funksiyasını yaxşılaşdırır və immuniteti gücləndirir. Lakin -1°C-dən aşağı temperaturda kəskin tənəffüs yolu infeksiyalarının riski artır. Xüsusilə ürək-damar və ya tənəffüs xəstəlikləri olan insanlar üçün belə soyuq hava daha zərərli ola bilər".

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun