Qidalanma
Qidalanma
132

Dondurulmuş ətin maksimum saxlama müddəti açıqlanıb

İspaniyanın Qida Təhlükəsizliyi və Qidalanma Agentliyinin (AESAN) mütəxəssisləri dondurulmuş ətin maksimum saxlama müddətinin onun növündən asılı olduğunu bildiriblər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər hesab edirlər ki, bütün ətlər satın alındıqdan dərhal sonra dondurulmalıdır. Saxlama temperaturu -18 dərəcə Selsi və ya daha aşağı səviyyədə saxlanmalıdır. Mütəxəssislər belə şəraitdə mal əti, quzu və keçi əti 1 ilə qədər təzə qala bilər.

Mütəxəssislər bildirirlər ki, donuz ətini dondurucuda maksimum altı aya qədər saxlamaq olar. Quş ətində isə müddət ətin bütöv və ya doğranmış olmasından asılıdır. Parçalanmış quş əti təxminən doqquz ay saxlanır, bütöv quş əti isə bundan üç ay daha çox – ümumilikdə təxminən on iki ay təhlükəsiz qalır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun