Sağlamlıq
Az yuxu ürək üçün
Sağlamlıq
15

Az yuxu ürək üçün ciddi təhlükə yaradır

Dosent Dr. Serkan Kahraman bildirir ki, gündə yeddi saatdan az yuxu ürək üçün ciddi riskdir və koronar arteriya tıxanmalarından qaynaqlanan ürək tutmaları daha çox müşahidə olunur.

E-saglam.az xəbər verir ki, ürək-damar xəstəliklərinin dünyada ölümün əsas səbəbi olduğunu, yuxu çatışmazlığının isə bu riskləri artırdığını vurğulayır.

Həkimin sözlərinə görə, hər üç nəfərdən biri yuxu pozğunluğundan əziyyət çəkir və keyfiyyətsiz yuxu ürəyin gecə bərpasını pozur. Dərin yuxu mərhələsində qan təzyiqi və ürək döyüntüsü azalaraq ürəyə istirahət şansı verir, lakin az və bölünmüş yuxu bu mexanizmi zəiflədir.

Kahraman xəbərdar edir ki, keyfiyyətsiz yuxu iltihabı artırır, bu isə koronar tıxanmalar, ürək tutması, aritmiya və ürək çatışmazlığı riskini yüksəldir. Xüsusən gecə saat 23:00-dan sonra oyaq qalmaq yuxu keyfiyyətini daha da pisləşdirir.

Həkim yaxşı yuxu üçün gündəlik qaydalara əməl etməyi tövsiyə edir: yağlı və duzlu qidalardan uzaq durmaq, siqaret və kofeini məhdudlaşdırmaq, gün ərzində kifayət qədər fiziki aktivlik etmək və yatma-oyanma saatlarını sabit saxlamaq.

Kahraman əlavə edir ki, gecələr nəfəs darlığı ilə oyanmaq ürək xəstəliyinin xəbərdarlıq əlaməti ola bilər və bu halda tibbi müayinəyə ehtiyac var.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun