Qidalanma
Ən zərərli kolbasa növü və onun təhlükəli nəticələri -
Qidalanma
119

Ən zərərli kolbasa növü və onun təhlükəli nəticələri - Həkimdəm xəbərdarlıq

Qastroenteroloq Yevgeniya Melnikova hər gün kolbasa yeməyin ciddi sağlamlıq fəsadlarına səbəb ola biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə qurudulmuş və yağlı kolbasalar müntəzəm istehlak üçün ən arzuolunmaz məhsullardır. Bu növlərin 100 qramında 200–600 kilokaloriyə qədər enerji olur və tərkibində çoxlu duz, doymuş yağlar, dad artırıcılar və nitratlar yer alır.

Mütəxəssis vurğulayıb ki, bu cür işlənmiş ət məhsullarının tez-tez qəbulu piylənmə, ardınca isə 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə artırır. Həddindən artıq duz lipid mübadiləsini pozur, bu isə zamanla hipertoniyaateroskleroz kimi ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Melnikova əlavə edib ki, kolbasadan sui-istifadə həmçinin osteoporoz, kalsium-fosfor mübadiləsinin pozulması və kolorektal xərçəng riskinin artması kimi təhlükəli nəticələr doğura bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun