Dar alt paltarları, sıx cins şalvarlar və elastik corablar sağlamlıq üçün ciddi risk yarada bilər.
E-saglam.az xəbər verir ki, Piroqov Universitetinin Anatomiya və Morfologiya İnstitutunun dosenti Vyaçeslav Artişev bildirir ki, belə geyimlər yalnız diskomfort yaratmaqla qalmır, eyni zamanda qan dövranını pozur və əzələlərə əlavə yük düşməsinə səbəb olur.
Çox dar büstqalter qan axınına mane olur, arxa əzələlərdə gərginlik yaradır və xroniki ağrılara, hərəkət məhdudiyyətinə yol aça bilər. Omba və bel ətrafındakı dar alt paltarlar isə ayaqlarda şişkinlik, uyuşma və ağırlıq hissinə səbəb ola bilər.
Dar kəmərli şalvarlar qarına təzyiq göstərərək həzm funksiyasına mənfi təsir edə bilər. Həmçinin sıx elastik bantlı corab və ayaqqabılar ayaqlarda soyuqluq, karıncalanma və şişkinlik yaradır.
Ekspert vurğulayır ki, sağlamlıq üçün rahat, təzyiq göstərməyən geyimlər seçmək vacibdir və uzun müddət dar paltar geyinməkdən çəkinmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc