Estetus klinikasının baş həkimi və üz-çənə cərrahı Sevak Nodaroviç fəsad riski olmadan ağıl dişlərinin çıxarılması üçün maksimum yaş həddi açıqlayıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, ağıl dişləri adətən 18–25 yaş arasında, bəzən isə 30 yaşdan sonra belə çıxmağa başlayır: "Onların çıxarılması üçün ən yaxşı müddət köklərin tam formalaşmadığı və çənə sümüyünün daha elastik qaldığı 25–27 yaşa qədər olan dövrdür. Bu yaşda aparılan əməliyyat daha asan keçir, daha az travma yaradır və sağalma prosesi sürətli olur.
Həkimlərin sözlərinə görə, 35–40 yaşdan sonra ağıl dişlərinin çıxarılması daha riskli hesab edilir: "Bu dövrə qədər çənə sümüyü sərtləşir, diş kökləri tam formalaşır və çox vaxt əyri şəkildə inkişaf edir. Bu isə adi çıxarılma prosesini ağırlaşma ehtimalı yüksək olan mürəkkəb əməliyyata çevirə bilər".
Həkim qeyd edir ki, bu yaşlarda aparılan müdaxilələr çox vaxt əlavə prosedurlar tələb edir: "Diş ətinin kəsilməsi, çənə sümüyünün bir hissəsinin işlənməsi və dişin hissələrə bölünməsi kimi üsullar tətbiq oluna bilər. Nəticədə travma, şişlik və ağrı daha çox olur. Yaş artdıqca toxumaların sağalması da ləngiyir".
Tərcümə: Könül Oruc