Faydalı
Köp və qəbizliyə yaxşı təsir edən
Faydalı
19

Köp və qəbizliyə yaxşı təsir edən meyvələr açıqlandı

Qastroenteroloq Saurabh Sethi həzmi yaxşılaşdıran, qəbizliyi və köpü aradan qaldıra bilən bir neçə meyvə sadalayıb.

E-saglam.az xəbər verir ki, Sethi şişkinlik və bağırsaq problemləri üçün faydalı olan ilk meyvə olaraq kivini açıqladı. Onun sözlərinə görə, araşdırmalar bu meyvənin ən azı dörd həftə müntəzəm olaraq istehlak edildiyi təqdirdə qəbizliyə qarşı təsirli olduğunu təsdiqləyib. O, həmçinin yaxşı həzmi təşviq edən və şişkinliyi aradan qaldıran papayanı pəhrizə daxil etməyi təklif etdi.

Qastroenteroloq həmçinin bananları daha tez-tez yeməyi tövsiyə edib, lakin bir az yaşıl olanlara üstünlük verib. O izah etdi ki, onların tərkibində bağırsaq mikrobiomunun sağlamlığı üçün faydalı olan çoxlu davamlı nişasta var.

"Banan qanda şəkərin səviyyəsini sabitləşdirməyə kömək edir, immunitet sisteminə və həzmə müsbət təsir göstərir", - deyə həkim izah edib. 

Sethi həmçinin daha tez-tez guava yeməyi tövsiyə edib. Bu meyvə yüksək C vitamini və lif tərkibi sayəsində müntəzəm bağırsaq hərəkətlərini təşviq edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun