Xəbərlər
Beyni 90 yaşa qədər
Xəbərlər
212

Beyni 90 yaşa qədər gənc saxlayan vərdiş

Beynin gəncliyini qoruyan uzunömürlü insanların ümumi vərdişi müəyyən edilib.

E-saglam.az xəbər verir ki, nevroloq Baibin Çenq iddia edir ki, 80-90 yaşlarında yaşayan və aydın zehnini saxlayan insanların bir ümumi xüsusiyyəti var.

Həkim yaşlı xəstələrlə tez-tez ünsiyyət qurduğunu və ictimai fəaliyyətin onlara gənc beyni saxlamağa kömək etdiyini gördüyünü söylədi.

"Məşq və düzgün qidalanma çox vacib olsa da, bu insanların başqa bir ortaq cəhəti var: onlar ünsiyyətcil olaraq qalırlar. Yüzillikləri araşdıran son tədqiqatlar onların daha inkişaf etmiş ön singulyat qabığının olduğunu göstərdi. Bu beyin bölgəsi emosiyalar, diqqət və sosial əlaqələrlə əlaqələndirilir", - Çenq deyib.

Nevroloq hesab edir ki, sosial qarşılıqlı əlaqəni beyin üçün hərtərəfli məşqlə müqayisə etmək olar. Onun sözlərinə görə, insan hər dəfə başqaları ilə ünsiyyət qurduqda yaddaş, empatiya, diqqət və dil üçün cavabdeh olan neyron şəbəkələri eyni vaxtda işə düşür. Bundan əlavə, Çenq qeyd etdi ki, dərin sosial əlaqələr stres hormonu kortizol səviyyəsini azaltmağa və oksitosin və dopamin istehsal etməyə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun