Qızılın qiymətinin yüksək olması səbəbindən insanlar süni qızıl və ucuz imitasiya məhsullara üz tuturlar.
E-saglam.az xəbər verir ki, lakin mütəxəssislər xəbərdarlıq edir ki, saxta qızıl uzun müddətli istifadə zamanı sağlamlıq problemlərinə yol aça bilər.
Saxta qızıl və aksessuarlar nikel, kadmium, qurğuşun və digər ağır metallar ehtiva edə bilər. Bu metallar dəridə şişkinlik, qızartı, qaşınma və ödemə səbəb ola bilər, bəzi hallarda isə nəfəs darlığı və tənəffüs problemlərinə gətirib çıxara bilər.
Uşaqlar uzun müddət bu metallara məruz qaldıqda böyümə və inkişaf gecikməsi, hormonal problemlər və erkən yetkinlik riski ilə üzləşə bilərlər. Ekspertlər yalnız etibarlı mənbələrdən alınan həqiqi qızılın istifadəsini tövsiyə edirlər.
Tərcümə: Könül Oruc