Xəstəliklər
Revmatizm xəstələrinin çəkinməli olduğu
Xəstəliklər
8

Revmatizm xəstələrinin çəkinməli olduğu 6 qida

Oynaqlarınızdakı ağrı keçmir və səhər hərəkət etməkdə çətinlik çəkirsinizsə, bəlkə də süfrənizdə xəstəliyinizi artıran qidalar var.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, revmatizmə səbəb olan bəzi qidalar oynaq ağrısını daha da şiddətləndirir.

Artrit xəstələrinin çəkinməli olduğu ilk qrup yüksək dərəcədə emal olunmuş qidalardır. Fast food, qablaşdırılmış qəlyanaltılar və hazır bişmiş məhsullar, tərkibindəki rafinə edilmiş taxıllar və şəkər səbəbindən bədəndə iltihabı artırır. Eyni zamanda, emal olunmuş qırmızı ət iltihab markerlərini yüksəldir, bitki mənşəli pəhriz isə ağrını azalda bilər.

Diqqət yetirilməli digər qida qrupları duzlu məhsullar və omeqa-6 ilə zəngin bitki yağlarıdır. Konservləşdirilmiş şorbalar, pizza və emal olunmuş ətlər oynaq sağlamlığına mənfi təsir göstərir, bədənin iltihab balansını pozur. Bunun əvəzinə, zeytun yağı və qoz kimi omeqa-3 mənbələrinə üstünlük vermək faydalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun