Qastroenteroloq Anastasiya Voronova bağırsaq problemlərinin əsas səbəblərini açıqlayıb.
E-saglam.az xəbər verir ki, həkim qəbizliyin əsas səbəblərindən biri kimi qeyri-kafi qidalanma, məsələn, kifayət qədər lif qəbul etməməyi müəyyən edib.
Voronova qeyd edib ki, Ümumdünya Qastroenterologiya Təşkilatının məlumatına görə, yetkin bir insanın gündə 25-30 qram qida lifinə ehtiyacı var. Qəbizlik həmçinin pəhrizdə su çatışmazlığı və zərif qidaların, yağlı və qızardılmış qidaların, fast food və şirniyyatların həddindən artıq istehlakından da yarana bilər.
Voronova davam etdi ki, idmanın olmaması və oturaq iş bağırsaq hərəkətlərində problemlər yarada bilər. "Aşağı fiziki fəaliyyət qarın əzələlərinin və bağırsaq divarının tonusunu azaldır. Bu, peristaltikanı ləngidir, nəcisin nəmini itirməsinə və qalın bağırsaqda tutulmasına səbəb olur, qəbizliyə gətirib çıxarır", - həkim izah edib. Bundan əlavə, stress, emosional gərginlik və asılılıq yaradan laksatiflərdən sui-istifadə peristaltikaya mənfi təsir göstərə bilər.
Tərcümə: Könül Oruc