Sağlamlıq
100 yaşa qədər yaşamaq istəyənlərə
Sağlamlıq
270

100 yaşa qədər yaşamaq istəyənlərə 2 qida məsləhət görüldü

Endokrinoloq Yekaterina Yanq, 100 yaşa qədər yaşamaq istəyənlərin qida rasionuna iki qida daxil etməli olduğunu bildirdi.

E-saglam.az xəbər verir ki, o, teleqram kanalında onların adını çəkib.

İlk növbədə, endokrinoloq gündəlik pəhrizinizə kokos yağı əlavə etməyi tövsiyə etdi. Onun istehlakı enerjini artıracaq, bədəndəki ümumi iltihabı azaldacaq və demansın qarşısını almaq üçün vacib olan insulin həssaslığını yaxşılaşdıracaq. Bundan əlavə, bu məhsul çəki və hormonal balansı idarə etməyə kömək edir", - həkim izah etdi.

Həkim ikinci ömrü uzadan məhsul kimi sidr yağını adlandırdı. Bu məhsul bağırsaq mikroflorasının tərkibini, ümumi mədə-bağırsaq funksiyasını, dərinin və saçın vəziyyətini yaxşılaşdırır, deyə o vurğulayıb. Yanqın sözlərinə görə, bu məhsulun digər faydası da ürək-damar xəstəlikləri riskini azaltmasıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun