Sosial
Xeyirxah insanlar
Sosial
73

Xeyirxah insanlar uzun ömürlü olur?

Kardioloq və gerontoloq Tamaz Qaqloşvili bildirib ki, xeyirxah insanlar stress və çətin həyat vəziyyətlərinin öhdəsindən daha yaxşı gəlirlər ki, bu da onların sinir sistemi və ümumi sağlamlığına müsbət təsir göstərir.

E-saglam.az xəbər verir ki, bu dözümlülük hipertoniya və lipid mübadiləsinin pozulması kimi xroniki xəstəliklərin gedişatına da təsir göstərə bilər.

Qaqloşvili qeyd edib ki, müsbət emosiyalar insanın stresli vəziyyətləri daha asan qavramasına və müəyyən xəstəliklərin gedişində rol oynayır.

Həkim əlavə edib ki, uzunömürlülük üçün tək bir amili ayırd etmək mümkün deyil – genetika, ətraf mühit, qidalanma və yaxınların dəstəyi də önəmlidir. Lakin xeyirxahlıq və həyata müsbət baxış uzunömürlülük “reseptinin” mühüm hissəsi ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun