Həkim mədəyə zərər vermədən ürək yanması zamanı suyun necə içilməli olduğunu izah edib.
E-saglam.az xəbər verir ki, qastroenteroloq Lyudmila Suxorukova bildirib ki, ürək yanması yaşayan insanlara qida ilə birlikdə su içmək məsləhət görülmür.
Onun sözlərinə görə, yemək zamanı su içilməsi qarında diskomfortu artıraraq ürək yanmasını daha da gücləndirə bilər. Mütəxəssis qeyd edir ki, belə hallarda suyu yeməkdən əvvəl və ya sonra içmək daha məqsədəuyğundur.
Suxorukova vurğulayıb ki, bəzi insanlar yemək zamanı su içərkən narahatlıq hiss etdiklərini bildirirlər. Buna görə də hər kəs öz bədəninin reaksiyasına diqqət etməli və yemək zamanı fasilələr verərək su içməyə üstünlük verməlidir.
Tərcümə: Könül Oruc