Cari ilin yanvar-oktyabr aylarında icbari sığortalar üzrə 301 milyon 330 min manat sığorta haqqı ödənilib.
E-saglam.az Valyuta.az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu, 18 milyon 405 min manat və ya 6,5% artım deməkdir.
Ötən ilin yanvar-oktyabr aylarında icbari sığortalar üzrə 282 milyon 925 min manat sığorta haqqı ödənilib.
Bu ilin yanvar-oktyabr aylarında icbari sığorta üzrə ödənişlər 120 milyon 841 min manat olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 795 min manat və ya 7,8% artım deməkdir.
Nəzərə çatdıraq ki, ötən ilin yanvar-oktyabr aylarında 112 milyon 46 min manat icbari sığorta ödənişi həyata keçirilib.