Nevroloq Yekaterina Demyanovskaya bildirib ki, itin gündəlik gəzdirilməsi yalnız stressi azaltmaq üçün deyil, həm də tədricən arıqlamaq üçün effektiv üsuldur.
E-saglam.az xəbər verir ki, o qeyd edib ki, ev heyvanı ilə sürətli addımlarla bir saatlıq gəzinti 400 kkal-a qədər enerji sərf etdirir. Yarım saatlıq gəzinti təxminən 150 kkal, bir saatlıq isə 400 kkal-a qədər kalori yandırır. Bu göstəricilər pəhrizsiz, sadəcə müntəzəm fiziki aktivliklə bir il ərzində 5–7 kilo çəki itkisi üçün kifayət edir.
Həkim əlavə edib ki, gəzintilərin effektini izləmək üçün fitnes izləyicilərindən istifadə etmək faydalıdır. Fiziki aktivliklə yanaşı, ev heyvanları psixoloji dəstək də verir: onların sığallanması oksitosin səviyyəsini artırır və stress hormonu olan kortizolu azaldır. Demyanovskaya vurğulayıb ki, xüsusən depressiyaya meylli insanlar üçün ev heyvanları güclü motivasiya və emosional rahatlıq mənbəyi ola bilər.
Tərcümə: Könül Oruc