Tibbi xəbərlər
Qəhvə təzyiq göstəricilərinə
Tibbi xəbərlər
76

Qəhvə təzyiq göstəricilərinə necə təsir edir?

Kardioloq Tamaz Qaqloşvili qəhvənin qan təzyiqi göstəricilərinə necə təsir etdiyini izah edib.

E-saglam.az xəbər verir ki, o bildirib ki, təzyiq ölçməzdən əvvəl kofe içmək ümumiyyətlə tövsiyə olunmur, lakin bu fikir mübahisəlidir. Həkimin sözlərinə görə, o özü bu içkini bəyənir və xəstələrinə də icazə verir.

Qaqloşvili qeyd edib ki, elmi araşdırmalar təbii qəhvə lobyalarının hipertoniya xəstələrində təzyiq göstəricilərinə ciddi təsir göstərmədiyini ortaya qoyub. Kardioloq yalnız bir qaydanın mütləq şəkildə nəzərə alınmalı olduğunu vurğulayıb: təzyiq ölçməzdən ən azı 30 dəqiqə əvvəl siqaretdən imtina etmək lazımdır.

Həkim həmçinin enerji içkilərindən uzaq durmağı məsləhət görüb və onların ürək-damar sistemi üçün risk daşıdığını xatırladıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun