Xəstəliklər
Ev heyvanlarından insana keçən xəstəliklər -
Xəstəliklər
95

Ev heyvanlarından insana keçən xəstəliklər - Həkim açıqladı

Rusiyalı həkim Aleksandra Filyova bildirib ki, hər bir ev heyvanı müəyyən infeksiya riskləri daşıya və sahibində həm allergiya, həm də həyəcanlılıq yarada bilər.

E-saglam.az xəbər verir ki, bu barədə o, “İzvestiya”ya açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, heyvanlarla eyni yataqda yatmaq yuxu keyfiyyətini aşağı salır və nəticədə həyəcanlılığı artırır. O qeyd edib ki, narahat davranan pişik və itlər sahiblərinin yuxusunu tez-tez bölür və bu da uzunmüddətli dövrdə ürək-damar xəstəlikləri riskini yüksəldə bilər.

Həkim vurğulayıb ki, ev heyvanları ilə təmas zamanı allergik reaksiyalar da yarana bilər. Onun sözlərinə görə, çoxları allergiyanın yalnız tüklə bağlı olduğunu düşünür, lakin əsas allergenlər heyvanın selikli qişasında, sidiyində, piy vəzilərində və dəri pulcuqlarında olan zülallardır.

Filyova həmçinin xəbərdarlıq edib ki, ev heyvanları – xüsusən it və pişiklər – sahiblərini helmintlər, toksoplazmoz, göbələk mənşəli dəri xəstəlikləri və quduzluq kimi təhlükələrlə üz-üzə qoya bilər.

Ekspert infeksiyadan qorunmaq üçün sadə qaydalara əməl etməyi tövsiyə edib: hər bir təmasdan sonra əllərin sabunla yuyulması, heyvanların isə müntəzəm şəkildə baytara aparılması və lazımi peyvəndlərin vaxtında vurulması.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun