Tibbi xəbərlər
Bu tərəvəzin tərkibindəki maddə kişiləri
Tibbi xəbərlər
9

Bu tərəvəzin tərkibindəki maddə kişiləri prostat xərçəngindən qoruyur

Onkologiya Fondunun eksperti və Medsi Klinikasının onkurologiya şöbəsinin müdiri Sergey Derevyanko bildirib ki, pomidorun müntəzəm qəbulu prostat xərçəngi riskini azalda bilər.

E-saglam.az xəbər verir ki, o, kişilərin pəhrizinə hansı sərfəli və əlçatan qidaları əlavə etmələri barədə məlumat verib.

Həkimin sözlərinə görə, prostat xərçəngindən tam qoruyan “möcüzəvi” məhsul yoxdur, lakin düzgün qidalanma riskin azalmasına ciddi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, təzə və emal edilməmiş pomidoru daha çox yeyən kişilərdə prostat xərçəngi riski nisbətən aşağı olur. Bu təsirin əsas səbəbi pomidorun tərkibindəki güclü antioksidant — likopendir.

Derevyanko həmçinin qeyd edib ki, digər faydalı qidalar da riski azaltmağa kömək edir. Onlara brokoli, gül kələm, omeqa-3 ilə zəngin balıq, soya məhsulları və yaşıl çay daxildir. O, eyni zamanda qırmızı ətin, doymuş yağların və kalsiumla çox zəngin qidaların qəbulunu məhdudlaşdırmağı tövsiyə edib.

Həkim vurğulayıb ki, prostat xərçəngi erkən mərhələlərdə çox vaxt simptomsuz olur. Narahatedici əlamətlərə gecələr tez-tez sidiyə getmə, zəif sidik axını, sidik kisəsinin natamam boşalması hissi, sidikdə və ya spermada qan, çanaq və bel nahiyəsində ağrılar daxildir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun