Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilin əvvəlindən dünyada 565 404 vəbaya yoluxma hadisəsi qeydə alıb.
E-saglam.az xəbər verir ki, bu barədə təşkilatın hesabatında deyilir.
Qeyd edilib ki, bu ilin əvvəlindən 7 074 insan bu xəstəlikdən vəfat edib.
Yolxucu xəstəlik xüsusilə Əfqanıstan, Yəmən və Cənubi Sudanda yayılıb. Oktyabr ayında qlobal miqyasda 335 vəba ilə bağlı ölüm qeydə alınıb ki, bu da əvvəlki ayla müqayisədə 55% azalma deməkdir.
İqtisadiyyat.az