Tibbi xəbərlər
İrəliləyən diş çürüməsi sistemik
Tibbi xəbərlər
104

İrəliləyən diş çürüməsi sistemik xəstəliklərə yol aça bilər

Mütəxəssislər xəbərdarlıq edir ki, müalicə olunmayan diş çürüməsi yalnız ağız boşluğunda deyil, bütün orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.

E-saglam.az-ın məlumatına görə, stomatoloqların sözlərinə görə, ilkin mərhələdə sadə görünən çürümə zamanla infeksiyaya çevrilir, bu infeksiya isə qan dövranına keçərək ürək, böyrək və digər həyati orqanlara yayıla bilər.

Həkimlər bildirirlər ki, diş çürüməsi irəlilədikcə diş ətlərində zədələnmə, ağızda bakteriyaların artması və toxumalarda infeksiya riski yüksəlir. Bu bakteriyalar ürək qapaqlarına yerləşib endokardit kimi ağır xəstəliklərə yol aça bilər. Mütəxəssislər vurğulayır ki, ağız sağlamlığı ürək-damar xəstəlikləri və hətta bəzi xərçəng növləri ilə də əlaqəlidir.

Diş həkimləri profilaktik tədbirlərin vacibliyini xüsusi qeyd edir. Onların tövsiyələrinə görə, dişlər gündə iki dəfə flüoridli məcunla fırçalanmalı, diş ipindən istifadə olunmalı və ən azı 6 ayda bir dəfə stomatoloqa müraciət edilməlidir. Elektrikli fırçaların istifadəsi mümkündür, lakin diş ətlərinə zərər verməmək üçün çox güc tətbiq edilməməlidir.

Mütəxəssislər həmçinin uşaqlarda ağız gigiyenasının erkən yaşlarda formalaşdırılmasının vacibliyini vurğulayırlar. Körpənin ilk dişi çıxdığı gündən təmizliyə başlanmalı, 2 yaşdan etibarən isə az miqdarda diş məcunu ilə fırçalama vərdişi yaradılmalıdır.

Həkimlərin ümumi mövqeyi aydındır: ağız sağlamlığı bədənin ümumi sağlamlığının ayrılmaz hissəsidir və vaxtında aparılan müayinə bir çox ciddi xəstəliklərin qarşısını ala bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun