30 yaşından sonra saçlara qulluq tam fərqli yanaşma tələb edir.
E-saglam.az-ın məlumatına görə, trixoloq və dermatoloq Mədinə Osman bildirib ki, 18 yaşında təsir göstərən üsullar bu dövrdə artıq nəticə vermir.
Mütəxəssis vurğulayır ki, saçlar bu yaşlardan etibarən ikiqat stress yaşayır. Xarici təsirlər – rəngləmə, düzləşdirmə, isti fen istifadəsi – illər ərzində yığılaraq qırılma və matlığa səbəb olur. Eyni zamanda, təbii qocalma prosesi başlayır, saç köklərinin sayı azalır və nəticədə saç həcmi seyrəlir. Buna əlavə olaraq hamiləlik, iş stressi və həyat dəyişiklikləri saç tökülməsini daha da artırır.
Mədinə Osman 30 yaşdan sonra saçlar üçün yeddi qızıl qaydanı açıqlayıb:
Qidalandırıcı maskalar – Saçları gücləndirmək üçün həftədə bir dəfə istifadə edin.
Daimi kəsmə – Ucların ikiayrılmasının qarşısını almaq üçün hər iki aydan bir ucları kəsdirin.
Düzgün kosmetika – Keratinli peşəkar şampun və kondisionerlər tövsiyə olunur.
Hava mühafizəsi – Yayda UV-dən qoruyun, qışda soyuqda başı açıq qoymayın.
Asan üslub – Saçı ağırlatmayan yüngül məhsullar seçin.
Balanslaşdırılmış pəhriz – Omeqa-3, dəmir və sink saç sağlamlığını gücləndirir.
Həkimə müraciət – Saç tökülməsi güclüdürsə, gecikmədən mütəxəssisə müraciət edin.
Mütəxəssis bildirib ki, düzgün yanaşma ilə 30 yaşdan sonra da saçları qalın və sağlam saxlamaq mümkündür.
Tərcümə: Könül Oruc