Xəbərlər
50 yaşdan yuxarı hər kəsə tövsiyə olunan
Xəbərlər
132

50 yaşdan yuxarı hər kəsə tövsiyə olunan 20-75-150 kritik vərdiş…

Parade jurnalında yayımlanan araşdırmaya görə gündəlik həyata daxil edilməsi tövsiyə olunan, təsdiqlənmiş bir vərdiş var.

E-saglam.az-ın məlumatına görə, bu isə 20, 75 və 150 dəqiqəlik kritik hərəkətlilik qaydasıdır.

Qidalanmada bəzən edilən “kiçik qaçışlar” necə ki, ümumi nəticəni çox dəyişmir, eləcə də ürək sağlamlığını qorumaq üçün kiçik, davamlı addımlar böyük fərq yaradır. Xüsusilə 50 yaşdan yuxarı şəxslər üçün, bu dövrdə ürək-damar xəstəlikləri riski artdığı üçün mütəxəssislər səhər rutinində vacib bir vərdişi xüsusi vurğulayırlar.

Yaş artdıqca ürək-damar xəstəliyinə tutulma ehtimalı yüksəlir. Buna görə 50 yaşdan sonra vaxtaşırı tibbi müayinələr – qan təzyiqi və şəkərin mütəmadi ölçülməsi – böyük əhəmiyyət daşıyır.

Parade jurnalının məlumatına görə, sağlam həyat tərzi və həkim müayinələri ilə yanaşı, gündəlik həyata daxil edildikdə ürəyi qoruyan güclü təsirə malik bir vərdiş mövcuddur.

Bu, günə yüngül idmanla başlamaqdır. Səhər 20–30 dəqiqəlik müntəzəm fiziki fəaliyyət ürək-damar sağlamlığını dəstəkləməyin ən sadə və effektiv yollarından biridir.

Amerika Ürək Assosiasiyası (AHA) da bu tövsiyəni dəstəkləyir. AHA böyüklərə həftədə ən az 150 dəqiqə orta intensivlikdə və ya 75 dəqiqə yüksək intensivlikdə aerobik idman etməyi məsləhət görür.

Bu səbəbdən hər səhər cəmi 20 dəqiqə sürətli addımlarla gəzmək belə həftəlik tövsiyələri qarşılamağa və ürəyi gücləndirməyə kifayət edir. İdmanı gündəlik həyatın bir hissəsinə çevirməklə daha uzun və sağlam bir ömür üçün qapı açmış olursunuz.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun