Tibbi xəbərlər
Qulaq infeksiyasını antibiotiklə müalicə edən qadın
Tibbi xəbərlər
251

Qulaq infeksiyasını antibiotiklə müalicə edən qadın yerimə qabiliyyətini itirdi

Böyük Britaniya sakini Viktoriya Abotorabi yeddi il əvvəl sadə qulaq infeksiyasını antibiotiklərlə müalicə etməyə çalışsa da, dərmana nadir və ağır reaksiyaya görə həyatını kökündən dəyişən ciddi sağlamlıq problemi yaşayıb.

E-saglam.az-ın məlumatına görə, Viktoriya sol qulağında güclü ağrı səbəbindən xəstəxanaya müraciət edib və ona bakterial infeksiyalar üçün təyin olunan antibiotik verilib. Lakin dərmana başladıqdan cəmi beş gün sonra o, gecə yarısı sürətli ürəkdöyünməsi, qollarda uyuşma və kəskin təzyiq artımı ilə oyanıb. Buna baxmayaraq, həkimlər müalicəni dayandırmağı tövsiyə etməyib.

Beş ay davam edən müalicə dövründə qadının vəziyyəti daha da ağırlaşıb. Qulaq ağrısına şiddətli baş ağrıları, kramplar, mədə-bağırsaq problemləri və daimi halsızlıq əlavə olunub. Hətta Viktoriya vəziyyətinin getdikcə pisləşdiyini hiss edərək qızlarına vida məktubları yazmaq məcburiyyətində qalıb.

Yalnız 2024-cü ilin noyabrında, yeddinci dəfə xəstəxanaya müraciət etdikdən sonra həkimlər onda antibiotikə qarşı nadir rast gəlinən ağır yan təsir ola biləcəyindən şübhələniblər. Bu reaksiya sinir sistemi və qan dövranına zərər vuraraq onun normal yerimə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırıb.

Viktoriyanın sözlərinə görə, vəziyyəti hər il pisləşir: “Ayaqlarımın altını demək olar ki, hiss etmirəm, qan dövranım zəifləyib. Gəzə bilmirəm və tezliklə əlil arabasına ehtiyacım olacaq. Dərmanı dayandırmışam, amma sağalıb-sağalmayacağımı həkimlər də bilmir”.

Hazırda o, həyat keyfiyyətini bərpa etmək üçün müxtəlif müalicə variantlarını araşdırır, lakin həkimlər tam sağalmanın mümkün olub-olmayacağı barədə dəqiq proqnoz verə bilmirlər. Qadının hekayəsi antibiotiklərin yalnız həkim nəzarətində və düzgün şəkildə istifadə edilməsinin nə qədər vacib olduğunu bir daha xatırladır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun