Qadınlar da testosteron istehsal edir və bu hormon onların sağlamlığı üçün vacib rol oynayır.
E-saglam.az-ın məlumatına görə, Mama-ginekoloq Olqa Palkina açıqlamasında bildirib ki, normal testosteron səviyyəsi qadınlarda libido, əzələ tonusu və emosional rifahı qorumağa kömək edir. Hormon həmçinin qadınların aktiv olmasına və stresslə mübarizə aparmasına dəstək verir.
Palkina əlavə edib ki, testosteron əzələ liflərini gücləndirir, qlükoza istifadəsini yaxşılaşdırır və damar elastikliyinin qorunmasına yardımçı olur. Lakin hormon çatışmazlığı qadınlarda xroniki yorğunluq, əhval-ruhiyyə pozğunluqları və libidonun azalmasına səbəb ola bilər.
Həkim eyni zamanda testosteronun həddindən artıq çox olmasının da risk yaratdığını vurğulayıb. Bu halda menstruasiya pozuntuları, dəridə sızanaqlar və hamilə qalmaqda çətinliklər müşahidə oluna bilər. Normal səviyyədə qalması isə qadınların sağlamlığı və gündəlik fəaliyyətləri üçün vacibdir.
Tərcümə: Könül Oruc